четверг, 12 июня 2014 г.

Qiymətləndirmə

Artıq tədqiqatımızın nəticəsini sizə təqdim etmişik. İndi isə sizin rəy və təkliflərinizi gözləyirik.

  •  Necə fikirləşirsiniz yazdığımız esse mövzuya uyğundurmu?
  •  Təqdimatda mövzu  tam əhatə edilibmi?
  •  Təqdimatla bağlı hansı təklifləriniz var?
  •  Daha hansı məqamlara toxunmağımızı istərdiniz?

Fikirləriniz bizim üçün çox dəyərlidir.



Yaradıcılığımız

                                                  Esse

                        Azərbaycan xalq nağılları ilə dünya xalq nağıllarının

                                       oxşar və fərqli xüsusiyyətləri

Nağıllar şifahi xalq ədəbiyyatının ən çox sevilən janrlarından biridır. Nağıllarda xeyirlə şər, işıqla qaranlıq, həyatla ölüm, haqla nahaq mübarizə aparır və həmişə xeyir şərə, haqq nahaqqa, işıq qaranlığa qalib gəlir. Sehir, əfsun, cadu, tilsim, əjdaha və s. nağılların çoxunda tez-tez təsadüf edilən fantastik qüvvələrdir.Əşya və təbiət hadisələrinin canlandırılması, insanlara xas olan xüsusiyyətlərin əşya və heyvanlar üzərinə köçürülməsi də nağılların əsas əlamətlərindəndir. Bu xüsusiyyətlər bütün dünya xalqlarinin nağıllarına xas olan
cəhətlərdır. Amma eyni zamanda hər bir xalqın nağıllarında onun milli adət-ənənələrinə, köklərinə bağlı xüsusiyyətlər də əks olunub. Azərbaycan xalq nağılları da bu qəbildən olan nağıllara aiddır. Xalq nağıllarımızın dünya xalq nağılları ilə oxşar və fərqli xüsusiyyətləri kifayət qədərdir. Elə götürək hamıya yaxşı tanış olan Azərbaycan xalq nağılı "Göyçək Fatma" ilə rus xalq nağılı "Zoluşka"nı. Bu nağılların süjet xətti bir-birinə çox 
bənzəyir. Hər ikisində kasib, gözəl, və xeyirxah qızın ağır həyatı , ögey anası və bacısı tərəfindən incidilməsi, şahzadə ilə tanışlığı, başmaq əhvalatı, ən nəhayət sonda öz xoşbəxtliyini tapması əks olunub.
Nağıllarda ən çox təsadüf edilən motivlərdən biri də möcüzəli şəkildə dünyaya gılmiş uşaqlarla bağlıdır.Bu uşaqlar sonradan padşahın tac-taxtına yiyələnirlər. Bu süjet yalnız bizim bu gün eştiyimiz Azərbaycan nağıllarında deyil, Misir nağıllarinda da vardır. Misir nağılları sirli bir surətdə doğulmuş uşaqların axırda firon taxtına sahib olacağını qabaqcadan xəbər verir.Bütün dünya folklorunda olan bu süjet adəti üzrə nağılın başlanğıcını təşkil edir. Bu hətta Şimali Amerika xalqlarının nağıllarında da belədir. Daha sonra insanın ölməzliyi süjetini bizim nağıllardan "Nar qızı" və başqalarında olduğu kimi
Misir nağıllarında da görmək olur.
Amerika və Avstraliya tayfalarının inancına görə bir düşmənin heykəlini düzəldib ona əzab verilərsə və onun ürəyi çıxarılıb əzilərsə düşmən məhv olar. Bu motivləri bizim nağıllarda da müşahidə etmək olar. Məsələn, "Məlikməmməd"in nağılinda qəfəsdəki quşun başını əzməklə div canını tapışırır.
 Ümumiyyətlə, div obrazı Azərbaycan nağılları içərisində ən çox yayılmış obrazlardandır. Divlər bir,üç və yeddibaşlı olarmış.Onların canı şüşədə olur,özünən xaricdə saxlanılır,bu qabı əldə edib qıran adam divə qalib gələrmiş. Nağıllarımızdakı div obrazı İran nağıllarindakı div obrazına çox bənzəyir. İran nağıllarında da div obrazı üstünlük təşkil edir.
 Nağıllardakı pəri obrazı  divlərin əksini təşkil edərək xeyirxah işlərlə məşğuldur. Onlar ya göyərçin ,ya da gözəl qız şəkilində nağıl qəhrəmanlarına rast gələrək əjdahalar , divlər və başqa zalım qüvvələrlə  apardığı qeyri-bərabər mübarizəsində ona yardım edir.
 Nağıl qəhrəmanlarının məqsədinə çatması üçün heyvnat aləmi də onlara az kömək etmir.Məsələn, it, pişik, ayı, meymun xüsusən at, bəzən ağıllı ilanlar ,hikmət sahibi olan quşlar ağ və qara qoyunlar qəhrəmana yardım edirlər. Bəzən dövlət quşu ən yaxşı bir keçəlin başına qonmaqla onu  cəmiyyətin ən yüksək pilləsinə çıxarır.Bu motiv yalnız bizim xalq nağıllarımızda müşahidə edilib.Bu isə onu göstərir ki.Azərbaycan xalq
nağıllarını dünya xalq nağıllarından fərqləndirən xüsusiyyətlər
 də az deyil. Məsələn, bizim nağıllardan fərqli olaraq
bir çox rus nağıllarında ayı müsbət obraz kimi verilib. Azərbaycan nağıllarında başlıca mövzulardan biri də əzilmiş, məzlum, cəhalətdə qalmış kəndli kütləsinin bütün hökmran təbəqələrə qarşı apardığı mübarizələrdir. Belə nağıllara misal olaraq "Bəxtiyar", "İsgəndərin nağılı", Saleh və Valehin nağılı" və s. göstərmək olar.Dünya xalqlarının nağıllarında da bu mövzu kifayət qədər geniş yayılib. Məsələn,rus xalq nağılı "İvanuşka"nı buna misal göstərmək olar.
 Nağıllarda təsvir edilən qadınlar çox zaman apardığı mübarizədə ərlərinə dayaq olur və döyüş meydanında öz ağıllı məsləhətləri ilə onlara hər zaman kömək edirlər. Onlar həyatlarını qurarkən atalarının istəklərinə tabe olmur, ata isə ailənin sahibi olması hüququndan istfadə edir. Nağıllarda çox zaman padşah qızlarının üçüncüsü
ya bir mehtər, bağban oğlunu , ya da kasıb bir oglanı sevir və ona ərə gedir. Onun üçün də başqa məmləkətlərə üz tutmağa məcbur olur. Belə nağıllarımıza
 misal olaraq "Nərgiz", "Həsən Qara" kimi nağılları
göstərmək olar. Avropa xalqlarının nağılları arasında da belə nagıllar az deyil. Avropa xalqlarının nağılları arasinda  Qrim qardaşları, Hans Xristian Anderson kimi qələm ustalarının yazdığı nağıllar çox məhşurdur.
Bu nağıllar nəinki Avropada bütün dünyada sevilir.
Bu nağıllarla da bizim xalq nağıllarımız arasında oxşarlıqlar az deyil. Məsələn, Qrim qardaşlarının yazdığı "Dörd qardaş" nağılı ilə Azərbaycanın xalq nağılı "Məlikməmmədin nağılı" arasında xeyli bənzərlik var.
 Ümumiyyətlə, haqqın nahaq üzərində qələbə çaldığı
bu zəngin yaradıcılıq nümunələrində qəhrəman hər cür çətinliyə üstün gələrək öz böyük arzularına çatır. Lakin xoşbəxt həyat asanlıqla qazanılmır. Nağıl qəhrəmanı son dərəcədə ağır imtahanlardan çıxmalı olur; sehirkar varlıqlarla ,fövqəltəbii güclərlə çarpışır, bu amansız qüvvələrin qırılmaz tilsimlərinə qarşı dayanır...Bu kimi motivlər Azərbaycan xalq nağılları ilə yanaşı bütün dünya xalqlarının nağıllarında müşahidə edilir.
Eyni zamanda Azərbaycan folklorunun mühüm janrlarından olan nağıllarda xalqımızın çoxəsirlik tarixi, məişət tərzi, dünyagörüşü, adət-ənənələri, qəhrəmanlığı mübarizəsi ,istək və arzuları özünəməxsus şəkildə əks etdirılir.
Ədəbiyyatın başqa janrları ilə müqayisədə nağıllar hadisələri daha geniş, ətraflı, yerli-yataqlı ,anlaşıqlı və canlı təsvir edir. Məhz ona görə də əsrlər boyu  bu ədəbiyyat nümunələri hamının diqqətini özünə çəkmişdir və
əsrlərdən-əsrlərə, nəsillərdən-nəsillərə keçərək bugünümüzədək gəlib çatmışdır.